Məşqçini istefaya göndərmək üçün xüsusi dedektiv tutdular

Fransa Liqasında maraqlı hadisə yaşanıb.

Newsport.az xəbər verir ki, Fransa mətbuatında yayılan məlumatlara görə, Fransa Liqa 1-də mübarizə aparan “Lill” klubu baş məşqçi Marcelo Bielsanı komandadan göndərmək üçün dedektiv tutub. Son zamanlar liqada işlərinin yaxşı getməməsini nəzərə alaraq məşqçi ilə yollarını ayırmaq qərarına gələn idarə heyəti, argentinalının işində səhv axtararaq onu tutduğu postdan kənarlaşdırmaq qərarına gəlib. Xatırladaq ki, fransızlar 62 yaşlı mütəxəssislə vaxtından tez yollarını ayıracağı təqdirdə, Marseloya 16 milyon avro təzminat ödəmək məcburiyyətində qalacaqlar.

Qeyd edək ki, Bielsa mövsümün əvvəlindən “Lill” klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında Liqa 1-də, 12 xalla 19-cu yerdə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right