Futbolçu oyunu buraxıb xəstəxanaya getdi

Futbol üzrə İngiltərə I Liqasında bir ilk yaşanıb. 

Newsport.az-ın məlumatına görə, "Uiqan" - "Donkaster" oyununda maraqlı hadisə baş verib. 

Görüşün 45 və 58-ci dəqiqələrində dubla imza atan Rayan Kolklaf 60-cı dəqiqədə oyundan çıxaraq xəstəxanaya gedib. Formasını belə dəyişmədən hamilə həyat yoldaşının yanına gedən futbolçu ikinci dəfə ata olub. 

O, mətbuata açıqlamasında "Həm iki qol, həm qələbə, həm də ikinci övladımın doğuşuna çata bildiyim üçün çox xoşbəxtəm. Oğlumla birlikdə het-trik etdim". 

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən ildən "Uiqan"da çıxış edir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right