"Anji"nin sahibi həps olundu

Rusiyanın “Anji” klubunun keçmiş sahibi Süleyman Kərimov həbs olunub. 

Newsport.az xəbər verir ki, 51 yaşlı iş adamı Fransada polislər tərəfindən saxlanılıb.“Kərimovu bazar ertəsi axşam saatlarında Nitsa aeroportundan polis bölməsinə aparıblar. Konsulluğun əməkdaşları əvvəlcə hava limanına yollanıblar, daha sonra isə onunla polis bölməsində görüşməyə nail olublar. Rusiyanın mətbuat orqanlarına müsahibə verən Kərimovun nümayəndəsi "Biz daim yerli hakimiyyətlə əlaqədəyik və onun azadlığa buraxılması üçün əlimizdən gələni edirik”  deyib.

Qeyd edək ki, Kərimov 2016-cı ilin dekabrında yerini Osman Kadiyevə verməklə “Anji”dən ayrılıb. 
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right