Stadion yerlə yeksan olub

ABŞ-ın ən böyük stadionlarından biri olan “Atlanta Georgia Dome” yerlə yeksan olub.

Newsport.az xəbər verir ki, 71 min tutumluq nəhəng stadionun tamamilə dağıdılması üçün cəmi 15 saniyə kifayət edib. Bu əməliyyatı həyata keçirmək üçün 2265 kq partlayıcıdan istifadə olunub.

Bu arenadan 30 metr kənarda 71 min tutumu olan, 1,6 milyard dollara başa gələn “Mercedes-Benz Stadium” inşa edilib. Partlayış zamanı yeni stadiona zərər dəyməsinin qarşısını almaq üçün onların arasına 5 mərtəbəli bina hündürlüyündə sədd çəkilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right