Vüqar fərqləndi, lakin bu da bəs etmədi

Futbol üzrə Latviya çempionatının yüksək liqasına vəsiqə uğrunda pley-offun cavab oyunu keçirilib.

Newsport.az xəbər verir ki, həmyerlimiz Vüqar Əsgərovun formasını geyindiyi “Olayne” səfərdə “Metta/LU” ilə qarşılaşıb. Latviya ikinci liqasında gümüş medalları qazanan komanda elitada sonuncu yeri tutmuş rəqibi ilə ikinci oyundan məğlubiyyətlə ayrılıb - 1:3. İlk oyun 1:1 hesabıyla bitdiyi üçün, “Metta/LU” elitadakı yerini qoruyub. Futbolçumuzun komandası isə növbəti mövsümdə də ikinci liqada mübarizə aparacaq.

Qeyd edək ki, Vüqar da cavab görüşünün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz sonadək oynayıb. Komandasının yeganə qolunu da Əsgərov vurub. İlk oyundakı qolun da müəllifi olan futbolçumuz bu dəfə 90-cı dəqiqədə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right