Peres artıq ondan narazıdır

“Real”ın İspaniya çempionatında zəif təsir bağışlaması Zidanın gedəcəyi ilə bağlı fərziyələri artırır.

Newsport.az xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumatlara əsasən, “Real”ın prezidenti Florentino Peres artıq Zidanı əvəzləməklə bağlı planlar qurur. O, mövsümün sonunda “Real” heç bir titul qazanmayacağı təqdirdə, Zidanla vidalaşmağı düşünür.Məlumata görə, Peres Zidanın yerinə namizədi də müəyyənləşdirib. O, Almaniya yığmasının baş məşqçisi Yoahim Lövü komandaya gətirmək istəyir.

Qeyd edək ki, 45 yaşlı fransalı mütəxəssis 2016-cı ildən "Real"ın sükanı arxasındadı və Çempionlar Liqası kubokunu adıçəkilən klubla iki dəfə ard-arda qazanan ilk məşqçidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right