Arda Turan "Barselona"dan ayrılmaq istədiyini açıqlayıb

Türkiyəli məşhur futbolçu Arda Turan “Beaselona”dan ayrılmaq qərarına gəlib.

Newsport.az xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumata əsasən, uzun zamandır Katalon klubunda heyətə düşə bilməyən 30 yaşlı yarımmüdafiəçi, komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.

Türkiyənin “Galatasaray” klubunun da maraq dairəsində olan Arda Turan dünən klubun idarə heyəti ilə görüşərək, onlara artıq “Barselona”da qalmaq istəmədiyini açıqlayıb. Yaxın zamanlarda futbolçunun taleinə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, Arda 2015-ci ildən “Barselona”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right