Burnu başına bəla oldu

"Real Madrid"in müdafiəçisi Sergi Ramos bir müddətliyinə sıradan çıxıb.

Newsport.az xəbər verir ki, İspaniya La Liqasının 12-ci turu çərçivəsinə səfərdə "Atletiko"nun qonağı olan (0-0) "kral klubu", oyundan ciddi itkilərlə ayrılıb. Matçın 79-cu dəqiqəsində, hücum zamanı topa kəllə ilə vurmaq istəyən Ramos rəqib oyunçu ilə toqquşub və burnu sınıb. Klubun rəsmi saytından verilən məlumata görə 31 yaşlı müdafiəçinin qeyri müəyyən müddətə sıradan çıxdığı, tibbi müayinədən sonra əməliyyata ehtiyyac olub-olmayacağı haqda dəqiq məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, komandanın baş məşqçisi Zinəddin Zidanda jurnalistlərə verdiyi açıqlamada, oyunçunun nə zaman yaşıl meydanlara dönəcəyini bilmədiyini deyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right