Koutiniyo PSJ-də?

PSJ-nin kapitanı Tiaqo Silva “Liverpul”un yarımmüdafiəçisi Filipp Koutinyonu Fransa paytaxtında görmək istəyir. 

Newsport.az xəbər verir ki, braziliyalı müdafiəçi Fransanın idman kanallarının birinə verdiyi müsahibəsində həmyerlisinin PSJ-yə mümkün keçidi haqda danışıb: “Filippe ilə xeyli söhbət etdik. İnaniram ki, mövsümün sonunda, yaxud daha tez o, PSJ-yə keçəcək. Bu, xoş sürpriz olardı. Koutinyo təkliflər barədə yaxşıca düşünəcək və tezliklə bizimlə birgə olacaq. O, düzgün qərar qəbul etməlidir”. 

Qeyd edək ki, hal-hazırda "Liverpul"da çıxış edən 25 yaşlı yarımmüdafiəçini, “Barselona” klubu da  transfer etmək istəyir. 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right