Fərid Nəbiyevli "Slaviya" qalib gəldi

Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 15-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb.Sözügedən komanda səfərdə “Viktoriya” (Plzen) ilə qarşılaşıb. Praqa təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 3:0. Xatırladaq ki, Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

 Qeyd edək ki, “Slaviya”nın U-21 komandası geridə qalan turlarda 23 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 6-cı sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right