Millimizin üzvü oynamadı, komandası qələbə qazandı

Futbol üzrə İspaniya Birinci Divizionunda 15-ci turun oyunları keçirilib. 

Newsport.az xəbər verir ki, Millimizin də formasını geyinən yarımmüdafiəçi Eddi İsrafilov çıxış etdiyi “Ximnastik” klubunda növbəti matçına çıxıb. Futbolçumuzun komandası səfərdə “Numansiya” ilə qarşılaşıb və matçdan qələbə ilə ayrılıb.(2:1)

 Xatırladaq ki, Eddi bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ximnastik" geridə qalan turlarda 18 xal toplayıb və hazırda 22 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right