Zlatan İbrahimoviç: "Şir insan kimi olmur”

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç zədəsini tam bərpa edərək, yaşıl meydanlara qayıdıb.

Newsport.az xəbər verir ki, isveçli futbolçu “Nyukasl”la oyunda sonradan meydana çıxıb. Bu, onun son 7 ayda ilk qarşılaşması olub. İbra oyundan sonra mətbuat konfransında jurnalistlərlə fikirlərini bölüşüb: “Təəssürat inanılmazdı. Qətiyyən narahat deyildim. Çünki nəyə qadir olduğumu bilirəm. Yorulmadan məşq edirdim, tez qayıtmaq üçün çox şey qurban verməli oldum. Bərpa oluna bilməyəcəyimlə bağlı bircə saniyə də düşünməmişəm. Belə tez necə sağaldım? Şir insan kimi olmur”.

Qeyd edək ki, 36 yaşlı İbrahimoviç ötən mövsüm Avropa Liqasında “Anderlext”lə oyunda zədələnmişdi. Onun ən yaxşı halda dekabrda meydana dönəcəyi gözlənilirdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right