"Mançester Siti" klubunda ciddi itki yaşanıb

"Mançester Siti" ciddi itkiylə üzləşib.

 

Newsport.az xəbər verir ki, "şəhərlilər"in 23 yaşlı müdafiəçisi Con Stonz sıradan çıxıb.İngiltərə Premyer Liqasının 12-ci turu çərçivəsində doğma meydanda "Lester"lə oyunda (2:0)  zədələnən ingilis futbolçunun, ilkin müayinədən sonra ən azı 6 həftə oynamayacağı müəyyənləşib. "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola gənc müdafiəçinin  zədsi haqda fikirlərini bildirib: "Həm Stonz, həm də bizim üçün çox şanssız bir durumdu. Çox sayda mərkəz müdafiəçisinə sahib deyilik. Amma buna baxmayaraq, yenə də komanda ruhu ilə bir həll yolu tapacağımıza əminəm".

 

Qeyd edək ki, klubun tibbi heyətindən verilən açıqlamada İngiltərə millisinin üzvü üçün 2017-ci ilin başa çatdığı deyilir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right