Rafael Varan:"Ramosun vəziyyəti yaxşı deyil, düşünürəm ki, burnu sınıb"

Dünən İspaniya La Liqasının 12-ci turu çərçivəsində Madrid şəhəri derbiyə şahidlik edib.

Newsport.az xəbər verir ki, eyni şəhərin təmsilçiləri "Atletiko" və "Real" münasibətlərinə aydınlıq gətirib. "Ağ-qırmızılar"ın "Vanda Metropalitano" arenasında keçirilən qarşılaşmada 90 dəqiqənin tamamında qalib müəyyənləşməyib.(0-0)

Oyunsonrası mətbuat konfransında qonaqların 24 yaşlı müdafiəçisi Rafael Varan jurnalistlərlin suallarını cavablandırıb. O, "Mən çox məyusam, biz çox yaxşı oyun nümayiş etdirdik. Müdafiədə inamlı oynadıq, çoxlu şanslar əldə etdik, lakin sonda istədiyimiz nəticəni əldə edə bilmədik. Fikirləşirəm ki, mövsüm uzundur. Biz son oyunlara nisbətən çox inkişaf etmişik" deyib. Komanda yoldaşı Sergio Ramosun oyunda aldığı zədə haqda fikirlərini bildirən fransalı futbolçu "Ramosun vəziyyəti yaxşı deyil, düşünürəm ki, burnu sınıb" deyə bildirib.

Qeyd edək ki, 0-0 bərabərlikdən sonra hərəyə bir xal alan "Atletiko" və "Real madrid", 24 xalla turnir cədvəlində 3-4-cü yerləri bölüşürlər. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right