Dəniz Yılmaz izlədi, "Bursaspor" heç-heçə etdi

Türkiyə Super Liqasında 12-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" doğma meydanda "Göztəpə"ni qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Millimizin üzvü bu matçda meydana çıxmayıb. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.

Qeyd edək ki, 12 turdan sonra aktivində 18 xal olan "Bursaspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right