"Qarabağ"ın rəqibi əməktaşlıq etdiyi şirkətlə müqavilə müddətini artırdı

"Atletiko"  Plus500 şirkəti ilə müqaviləni 2020/21-ci illər mövsümünə qədər uzatıb.

Newsport.az xəbər verir ki, yeni sözləşməyə əsasən Madrid klubu sponsordan ildə 15 milyon alacaq. "Atletiko"nun baş direktoru Migel Anxel marin jurnalistlərə verdiyi müsahibəsində: "Biz yeni müqavilə imzaladığımıza görə çox şadıq. Həm biz , həm də  Plus500 beynəlxalq arenada inkişaf edir.Əməkdaşlığımızın daha da bəhrə verəcəyinə inanırıq" deyib.

Öz növbəsində Plus500 şirkətinin nümayəndəsi Qal Xaber də verdiyi müsahibədə: "Belə bir nüfuzlu klubun sponsoru olmaq  bizim üçün şərəfdir.110 illik tarixi olan "Atletiko" Avropada böyük nüfuza malikdir. Bizim də iş sahəmiz Avropa oldğundan əməkdaşlıq müsbət nəticələr verir" deyə bildirib.

Qeyd edək ki, səhm bazarının aktiv şirkətlərindən sayılan  Plus500-lə "ağ-qırmızılar"  2015-ci ildən əməkdaşlıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right