Erik Kantona: "Neymar Fransaya niyə köçüb? “Amyen” və ya “Genqam”a qarşı oynamaq üçün?"

“Mançester Yunayted”in və Fransa yığmasının sabiq üzvü Erik Kantona Neymarı tənqid edib. 

Newsport.az xəbər verir ki, İngiltərədə idman saytlarının birinə müsahibə verən veteran futbolçu braziliyalı forvardın “Barselona”nı PSJ-yə dəyişməsini başa düşmədiyini bildirib: “25 yaşlı biri Braziliya millisinin və “Barselona”nın aparıcı üzvüdürsə, dərhal sual yaranır: o, Fransaya niyə köçüb? “Amyen” və ya “Genqam”a qarşı oynamaq üçün? Çempionlar Liqasını bəhanə gətirir,ancaq bu bəhanə ola bilməz orada mövsüm ərzində 10 oyun keçirirsən. Neymarın hərəkətini anlamıram. Məncə, futbola qarşı ehtiras belə olmamalıdır”.

Qeyd edək ki, braziliyalı futbolçu ötən mövsümün sonunda "Barselona"dan Fransanın PSJ klubuna transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right