“Barselona”dan getmək istəsə, Messini dəstəkləyərəm” – Ronaldinyo

“Barselona”nın sabiq üzvü Ronaldinyo Lionel Messinin Kataloniya klubunu tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, Ronaldinyo istənilən qərarda Messini dəstəkləyəcəyini bildirib:

“Messi mənim yaxın dostumdur. Ona görə də dəqiq söz deməkdə çətinlik çəkirəm. Əsl dost kimi Leonu ancaq xoşbəxt görmək istəyirəm. 

Əgər Messi qəlbinin səsinə qulaq asaraq “Barselona”dan getmək istəsə, onu dəstəkləyərəm. Baxmayaraq ki, mən özüm bu klubun səfiriyəm. 

Amma Leo “Nou Kamp”da qalacağı təqdirdə də sevinərəm. Harada oynamasından asılı olmayaraq, Messi daim meydanda aparıcı futbolçulardan olacaq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right