Festivala görə “Sevilya”dan imtina edib

30 yaşında futbolçu karyerasını bitirərək musiqi fəaliyyətinə başlayan Dani Osvaldo İtaliya mətbuatına müsahibə verib.

Newsport.az-ın məlumatına görə, keçmiş hücumçu “Gazetta dello Sport” qəzetinə müsahibəsində hazırda Argentina millisinin baş məşqçisi olan Xorxe Sampaoli ilə aralarında yaşanmış maraqlı dialoq barədə danışıb:

“Gülmək istəsəz, sizə bir əhvalat danışım. 2016-cı ilin dekabrında həmin vaxt “Sevilya”nı çalışdıran Xorxe Sampaoli mənə zəng etdi. O, “Dani səndən heç nə istəmirəm, meydanda nə istəsən, edə bilərsən, ancaq mənim hücumçuya ehtiyacım var” dedi. Mən isə ona “Ancaq boss, Koskində rok musiqi festivalı olacaq” dedim. O isə “Hə, tamam unutmuşdum. Sən bu festivalı qaçıra bilməzsən” cavabını verdi. İki dəli insanın dialoqu”.

Xatırladaq ki, Argentina əsilli hücumçu karyerası ərzində “Atalanta”, “Fiorentina”, “Roma”, “Yuventus”, “İnter”, “Boka Xuniors”, “Portu” kimi komandaların şərəfini qoruyub. O, 2011-2014-cü illər aralığında İtaliya millisinin də üzvü olub.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right