Tural oynadı, “Pobeda” darmadağınla üzləşdi

Futbol üzrə Makedoniya çempionatında 15-ci turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi “Pobeda” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Rabotniçki” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4.

Tural da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Pobeda” geridə qalan turlarda 15 xal qazanıb və 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right