Səlcuk İnan millidən ayrılır

Türkiyə yığmasının üzvü Səlcuk İnan milli karyerasını başa vurmaq qərarına gəlib.

Newsport.az xəbər verir ki, yarımmüdafiəçi yaxın günlərdə  yığmadan ayrılacağı vaxtı açıqlayacaq. 32 yaşlı futbolçu son zamanlar millinin heyətində şans qazana bilmədiyi üçün bu qərara gəldiyini bildirib.

Qeyd edək ki, hal hazırda "Galatasaray"da forma geyən Səlcuk 2007-ci ildən Türkiyə millisində çıxış edir və 61 oyuna 8 qol vurmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right