DÇ-2018 Rusiyaya yollanan sonuncu ölkə məlumdu

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində pley-off oyunları başa çatıb.

Newsport.az xəbər verir ki, mundiala vəsiqə qazanan  sonuncu ölkə də məlumdur. Belə ki, doğma meydanda Yeni Zenlandiya ilə qarşılaşan Peru millisi 2-0 hesabı ilə qalib gələrək DÇ yollanan 32-ci ölkə olub.  Ev sahiblərinin heyətində Kristian Ramos dubl edərək komandasına Rusiyaya bilet alma şansı qazandırıb.  Xatırladaq ki, komandaların ilk oyunun da 0-0-lıq bərabərlik qeydə alınmışdı.Bununlada artıq DÇ-2018-in  bütün iştirakçılarının adı məlumdu.

Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə, İsveç, Danimarka yığmaları və sonuncu olaraq isə Peru yığması adını bu siyahıya yazdırıb.

Qeyd edək ki Dünya Kubokunun qrupları dekabr ayında seçiləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right