"Qırmızı iblislər"in oyunçusu tarixə düşüb

Belçika millisi dünən yoldaşlıq oyununda Yaponiyanı 1:0 hesabıyla məğlub edib.

Newsport.az xəbər verir ki, Brüggedə keçirilən qarşılaşma “qırmızı iblislər”in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.

Belə ki, matçda komandasının yeganə qoluna imza atan Lukaku millinin tarixinə düşüb. Yığma karyerasında 31-ci qolunu vuran 24 yaşlı hücumçu, Bernard Vorhof və Pol Van Himsti geridə qoyaraq, Belçika yığmasının tarixi ərzində ən məhsuldar oyunçu olub. O, bu nəticəyə 65 oyunda nail olub.

“Mançester Yunayted”in hücumçusu 2010-cu ildən yığmanın uğurları üçün çalışır.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right