"kenqurular" qalib gələrək Rusiyaya bilet almaq şansı qazanıb.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində mundiala yollanan 31-ci ölkə də məlum olub.

 

Newsport.az xəbər verir ki, qitələrarası pley-off mərhələsində Avstraliya doğma azərkeşlər önündə Honduras millisini qəbul edib. İlk oyun qolsuz bərabərlikə bitsə də, cavab görüşündə 4 qol qeydə alınıb. Belə ki, "kenqurular"  3-1 hesabı ilə qalib gələrək Rusiyaya bilet almaq şansı qazanıb. 

 

 

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 31-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə, İsveç və Danimarka yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
 
Mundialda 32 komanda iştirak edir ki, qalan 1 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right