"Qarabağ"ın futbolçusu millidə şans qazanmadı

Cənubi Afrika Respublikası yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu matçını keçirib.

Newsport.az saytının məlumatına görə, “Qarabağ”ın hücumçusu Dino Ndlovunun formasını geyindiyi komanda D qrupunun son turu çərçivəsində səfərdə lider Seneqalla qarşılaşıb. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Dino bu oyunun iştirakçısı olmayıb. O, Seneqalla evdəki oyunda olduğu kimi, cavab görüşündə də sonadək ehtiyatda qalıb.

Onun komandası isə seçmə mərhələni 4 xalla 4 komanda arasında sonuncu pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right