Danimarka DÇ-2018-ə yollanan 30-cu ölkə olub

Rusiyaya yollanacaq daha bir komandanın adına aydınlıq gəlib.
 
Newsport.az xəbər verir ki, Danimarka pley-offda İrlandiyanı məğlub edərək mundiala vəsiqə qazanıb.
 
Bununla da  DÇ-2018-ə yollanan 30-cu ölkə olub. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya, İsveçrə və İsveç yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

 

Mundialda 32 komanda iştirak edir. Qalan 2 iştirakçının da adına tezliklə aydınlıq gələcək.
 
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz