Kamran Ağayev cəzalandırılıb

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi “Mlada”da çıxış edən millimizin qapıçısı Kamran Ağayevi cəzalandırıb.

Newsport.az xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Ağayev cəzaya görə 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Banik Ostrava” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulmuşdu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right