De Rossi:" Soyunub geyinmə otağında hər kəsin üzündə matəm ab-havası var idi, ancaq heç kim ölmədi"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində mübarizəni dayandıraraq, 59 il sonra bir ilk yaşayan İtaliya millisi mundiala vəsiqə qazana bilməyib.

Newsport.az xəbər verir ki, İsveç millisi ilə oyundan sonra yığmanın bir çox aparıcı simaları milli karyerasını başa vurduğunu açıqlayıb. Bunların arasında təcrübəli yarımmüdafiəçi De Rossidə yer alır.

Mətbuat konfrasında jurnalistlərin suallarını cavablandıran  34 yaşlı futbolçu, milli karyerasını sonlandırdığını bildirib:” Hazır ki, vəziyyət futbolumuzun qaranlıq anıdı, biz gənc futbolçularla yenidən başlaya bilərik. Oyundan sonra soyunub geyinmə otağında hər kəsin üzündə matəm ab-havası var idi, ancaq heç kim ölmədi. Mənim üçün də millidə son oyun oldu, ümid edirəm ki, Buffonun tökdüyü göz yaşları İtaliya yığması üçün son göz yaşları olar” deyib.

Qeyd edək ki, İsveçlə oyundan sonra Canluici Buffon, Corci Kyellini və Andrea Barzaqlidə yığmadan ayrıldıqlarını açıqlayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right