Muarem Muarem Azərbaycana qayıda bilər

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem çıxış etdiyi Qazaxıstanın "Aktobe" klubundan ayrılacaq.

 

Newsort.az xəbər verir ki, makedoniyalı oyunçu istənilən səviyyədə çıxış etmədiyi üçün heyətdən göndəriləcək. Muarem karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. O, Premyer Liqa klublarından birinə keçmək variantı var.

 

29 yaşlı yarımmüdafiəçi Türkiyə və Makedoniya klublarının təkliflərini də nəzərdən keçirəcək.

 

Qeyd edək ki, Muarem Muarem bu ilin yayında "Qarabağ"dan “Aktobe”yə keçmişdi. O, 15 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right