Canluici Buffon:" Özüm üçün deyil, İtaliya futbolu adına çox üzgünəm"

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya yığması İsveçə məğlub olaraq mundialdan kənarda qalıb.

Newsport.az xəbər verir ki, oyundan sonra millinin bir neçə üzvü yığma karyerasını başa vurduğunu bildirib, bunların arasında komandanın liderlərindən biri olan Canluici Buffon da olub. Jurnalistlərə açıqlama verən İtaliya millisinin qapıçısı yığma karyerasını başa vurmağın vaxtının yetişdiyini deyib. "Bu uğursuzluqda hər kəs günahkardır. Günahkar axtarmamalıyıq. Birlikdə qalib gəlmişik, birlikdə uduzmuşuq. Özüm üçün deyil, İtaliya futbolu adına çox üzgünəm. Ölkəmizin adına çox şeyi ifadə edən yarışdan kənarda qaldıq. Bunları necə deyəcəyimi bilmirəm, amma mən artıq milli karyerama nöqtə qoyuram. Məyusam. Yığmadan bu cür getmək istməzədim".  

Buffon əsas millidə debütünü 1997-ci ildə edib. O, bu illər ərzində yığmada 175 oyun keçirib

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right