İtaliya millisi alt-üst olub

İtaliya millisi İsveçlə mübarizədə məğlub olaraq, 60 ildən sonra ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

Newsport.az xəbər verir ki, bu biabırçılıqdan dərhal sonra “Skuadra Adzurra”nın bir neçə oyunçusu milli komanda karyerasını başa vurduğunu açıqlayıb. Belə ki, Canluici Buffon, Daniele De Rossi, Corci Kyellini və Andrea Barzaqli yığmadan ayrılıb.İtaliyada millinin məğlub olmasında əsas səbəbkar olaraq görünən Canluka Ventura da tutduğu postdan imtina edib.  

Qeyd edək ki, İtaliya indiyə kimi baş tutan 20 mundialdan 18-nin iştirakçısı olub. Apenninlilər yalnız 1930 və 1958-ci illərdə keçirilən  DÇ-də iştirak edə bilməmişdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right