Filipe Koutiniyo:" “Hal-hazırda dünyanın ən yaxşı liqalarından birində çıxış edirəm"

“Liverpul”un braziliyalı ulduz futbolçusu Filipe Koutiniyo ölkəsinin İngiltərə ilə oynayacağı yoldaşlıq matçı oncəsi jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, 25 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasında çıxış etməkdən məmnun olduğunu bildirib.  “Hal-hazırda dünyanın ən yaxşı və güclü liqalarından birində oynayıram və bura da çox xoşbəxtəm”. Fiziki hazırlığı haqda da danışan sambaçı bildirib ki, “ Hər gün əvvəlkindən yaxşı olmaq üçün öz üzərimdə daha da çox çalışıram “.

Qeyd edək ki, “Barselona”nın da maraqlandığı gənc ulduz cari mövsüm çıxdığı 9 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right