Muarem Muarem klubdan ayrılır

“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem çıxış etdiyi Qazaxıstanın “Aktobe” klubundan ayrılacaq.

 

Newsport.az xəbər verir ki, bu barədə klubun idman direktoru Maksat Tyumaliyev məlumat verib. Klub rəsmisinin sözlərinə görə, makedoniyalı futbolçu ilə yanaşı 5 legioner oyunçu da heyətdən göndəriləcək. Buna səbəb kimi həmin oyunçuların zəif çıxış etmələri olub.

 

Qeyd edək ki, Muarem Muarem bu ilin yayında “Aktobe”yə keçmişdi. Makedoniyalı yarımmüdafiəçi 15 oyuna 1 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right