"Qarabağ"ın rəqibi bu oyunçu üçün 113 milyon avrosundan keçməyə hazırdır

"Çelsi" hücum xəttində rəqabəti artırmaq üçün transfer etməyə hazırlaşır.

Newsport.az xəbər verir ki, "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan London təmsilçisi "İnter"in hücumçusu Mauro İkardini transfer hədəfinə alıb. "The Sun" nəşrində yayılan məlumata görə, "zadəganlar" bu keçid üçün 113 milyon avrosundan keçməyə hazırdır.

Məlumatda bildirilir ki, klubun baş məşqçisi Antonio Konte də bu keçidin baş tutmasını arzu edir. Lakin argentinalı forvardın "Çelsi"yə rədd cavab verəcəyi də ehtimallar arasındadır.

Qeyd edək ki, 24 yaşlı futbolçu 2013-cü ildən "İnter"də çıxış edir. İkardi bu mövsüm A Seriyasında keçirdiyi 12 oyunda 11 qol vurub və 1 assist edib.

 

 





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz