Rusiyada bir araya gələcək komandaların sayı 28-ə çatıb

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha iki komanda müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, Xorvatiya və İsveçrə yığmaları pley-off oyunlarını qalib başa vurmaqla mundiala vəsiqə qazanıblar.

 

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 28-ə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis və Mərakeş yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

 

Mundialda 32 komanda iştirak edir ki, qalan 5 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

 

13 noyabr. İtaliya – İsveç (ilk oyun: 0:1)
14 noyabr. İrlandiya – Danimarka (ilk oyun: 0:0)
15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)
16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right