İlin ən yaxşı məşqçisi Fabio Kannavaro seçilib Foto

"Quançjou Everqrand"ın yeni çalışdırıcısı Fabio  Kannavaro Çində başa çatan mövsümün ən yaxşı məşqçisi seçilib.

Newsport.az xəbər verir ki, o, səsvermədə Draqan Stoykoviç ("Quançjou Fuli" və Qreqorio Mansanonu ("Quyçjou Çjiçen) qabaqlayıb.

Qeyd edək ki, F.Kannavaronun başa çatan mövsümdə çalışdırdığı "Tyantszin Suntszyan" çempionatı 3-cü pillədə tamamlayıb. 44 yaşlı mütəxəssis mövsümün sonu bu klubdan ayrılaraq "Quançjou Everqrand"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right