Patris Evra "Fənərbaxça"da ?

Azərkeşi döydüyünə görə həm UEFA tərəfindən ağır cəza alan, həm də “Marsell” klubundan qovulan Patris Evra üçün bir çox dünya klubları hərəkətə keçib. Bunların arasında Türkiyənin “Fənərbaxça”komandasıda var.

Newsport.az xəbər verir ki, Fransa mətbuatında yer alan məlumatlara görə ulduz futbolçuya transfer üçün təkliflər gəlməkdə davam edir. 36 yaşlı müdafiəçinin meneceri Federiko Pasterollo jurnalistlərə verdiyi açıqlamasında:” Evra fiziki olaraq hal-hazırda çox yaxşı formadadı və daha güclüdü. Çoxlu sayda klubdan təklif var, biz hazırda  seçim edirik. O, futbolla daha yaxşı şəkildə vidalaşmaq istəyir” deyib. Lakin futbolçunun Samir Nəsri və Valbuenanında çıxış etdiyi Türkiyə Super Liqasına üstünlük verdiyi açıqlanıb.

Nəzərinizə çatdıraq ki, İstanbul təmsilçisinin ulduz futbolçunun meneceri ilə danışıqlara başladığı bildirilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right