Zidan həmyerlisini "Real"a gətirmək niyyətindədir

"Real Madrid" klubu "Lion"un hücumçusu Nabil Fekiri transfer etmək istəyir.

 

Newsport.az xəbər verir ki, Fransa mətbuatında yer alan məlumatlara görə, "kral klubu"nun baş məşqçisi Zinəddin Zidan 24 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

 

Əslində, Zidan Fekiri 2 il öncə verdiyi açıqlamada bəyəndiyini demişdi: "Fekirin oyunu məni çox cəlb edir. Möhtəşəm oynayır, gözəl istedadı var".

 

Fransa millisinin üzvü isə "Əgər Zidan məni "Real"a dəvət etsə, qaça-qaça gedərəm" demişdi.

 

Nabil Fekirin "Lion"la müqaviləsi 2020-ci ildə başa çatacaq. Bu mövsüm 15 oyuna 12 qol və 3 assistlik performans göstərən futbolçunun xidmətində "Mançester Yunayted"lə "Barselona"nın da maraqlı olduğu iddia edilir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right