Lionel Messi:"Qayıtmaq barədə qərarımı elan etməkdə utanırdım"

“Barselona”nın hücumçusu Lionel Messi bəyan edib ki, milliyə qayıtmaqla bağlı qərarı çətinliklə verib.

Newsport.az xəbər verir ki,Messi Argentinada idman kanalına verdiyi müsahibədə: " 2016-cı ildə Çili ilə matçdan sonra millidən ayrılmaq qərarını isti-isti verdim, sonra isə qayıtmaq barədə qərarımı elan etməkdə utanırdım. Amma məşqçi və futbolçularımız mənə dəstək oldular. Onlar komandaya qayıtmağım üçün hər şeyi etdilər” deyib.

Qeyd edək ki, Leo 2016-cı ildə Argentina- Çili oyunundan sonra  millidən ayrıldığını elan etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right