"Atletiko"nun prezidenti: "Qarabağ"la qarşılaşmada 14 min şansımız var idi"

"Bunu hər zaman deyirəm ki, biz futbol oynayırıq.  Ancaq futbolda bir gün qalib gəlirsən, başqa gün məğlub olursan. “Roma” ilə oyunda biz 4 dəfə real qol şansını əldən verdik. “Qarabağ”la qarşılaşmada isə 14 min şansımız var idi. Bu, təkcə “Atletiko”nun deyil, bir çox elit klubların problemidi".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində rəqibi olal "Atletiko"nun prezidenti Enrike Sereso deyib.

O, fantastik komandasınən, gözəl baş məşqçisinin və böyük hədəflərininin olduğunu bildirib: "Bu,  mənim üçün kifayətdi.  Çempionlar Liqasında möcüzə etmək, asan deyil, lakin möcüzə edə biləcək bir komanda varsa, o da məhz “Atletiko”dur. Siz bir şeyi çox gözləyirsinizsə, bu, mütləq baş verəcək. Məqsədimiz qalan iki oyunumuzda qələbə qazanmaqdır. “Qarabağ”ın da “Roma” və ya “Çelsi”yə qarşı uğurlu olmasını istəyirik".

Qeyd edək ki, "Qarabağ" madridlilərlə öz meydanında qolsuz heç-heçə, səfərdə isə qollu bərabərlik (1:1) əldə edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right