“Everton”dan türk futbolçuya rəsmi təklif

İngiltərə Premyer Liqa təmsilçisi “Everton” “Beşiktaş”ın yarımmüdafiəçisi Oğuzhan Özyakupun xidmətində maraqlıdı.

Newsport.az-ın məlumatına görə, Liverpul təmsilçisi 25 yaşlı futbolçunun transferi üçün artıq “ağ-qaralar”ın rəhbərliyinə rəsmən müraciət edib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Oğuzhanın transfer qiyməti isə iki klub arasında danışıqlardan sonra müəyyənləşəcək.

Türkiyə millisinin də üzvü olan futbolçu 2012-ci ildən “Beşiktaş”ın uğurları üçün çalışır. O, cari mövsümdə 13 oyunda şans qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right