Rauf Əliyevli "Kukesi" məğlub oldu

Milli çempionatlarda yaranmış fasilədən istifadə edən Albaniyanın “Kukesi” klubu bu gün yoxlama oyunu keçirib.

Newsport.az-ın məlumatına görə, sözügedən kollektiv yerli “Korabi” ilə üz-üzə gəlib. Bu görüşün taleyini bir qol həll edib. Futbolçumuzun komandası meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Rauf da bu görüşün iştirakçısı olub. O, qarşılaşmaya start heyətdə başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right