PSJ "Çelsi"nin baş məşqçisinə elçi düşüb

Fransanın PSJ klubu “Çelsi”nin baş məşqçisi Antoniyo Kante ilə maraqlanmağa başlayıb.

Newsport.az xəbər verir ki, Fransa mətbuatında yayılan məlumatlara görə PSJ-nin hazırki çalışdırıcısı Unai Emeri fransızları Çempionlar Liqasının yarımfinal mərhələsinə çıxarmayacağı təqdirdə,  klub rəhbərliyi “Çelsi”nin hazırki baş məşqçisi Kante ilə danışıqlara başlaya bilər. Danışıqlar baş tutarsa Antonio Kantenin keçidi 2018-in yayında reallaşa bilər.

Qeyd edək ki, 2016-cı ildən “londonlular”ın sükanı arxasında olan italiyalı mütəxəssisin son zamanlar komandanın prezidenti Roman Abramoviç ilə münasibətləri heç də yaxşı deyil.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right