Azərkeşi təpiklə vurduğu üçün klubdan kənarlaşdırıldı

Fransanın "Marsel" klubu futbolçusu Patris Evra ilə yolları ayırdığını açıqlayıb.

Newsport.az xəbər verir ki,  komandanın 36 yaşlı müdafiyəçisi ilə klub rəhbərliyi qarşılıqlı razılaşma əsasında oyunçu ilə imzalanan müqaviləni ləğv ediblər.  Buna səbəb isə UEFA-nın oyunçuya verdiyi ağır cəza olub.

Qeyd edək ki, Avropa liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Gimaraynş"la oyunda isinmə hərəkətləri edərkən tiribunadan bir azərkeşin təhqiri ilə üzləşən fransalı futbolçu buna dözməyərək azərkeşin başına təpiklə zərbə vurub. Etdiyi hərəkətə görə isə UEFA Evranı 2018-ci ilin 30-a kimi Avrokubok oyunlarından kənarlaşdırıb və eyni zamanda futbolçunu 25 min avro məbləğində cərimələyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right