"Qarabağ"ın rəqibində ciddi itki

Qarabağ”ın Çempionlar Liqasında rəqibi olan "Çelsi" klubunda ciddi zədələnmə baş verib.

Newsport.az xəbər verir ki, Britaniya mətbuatında yayılan xəbərlərə görə Mişi Batşuayidən sonra daha bir hücumçu Alvaro Morata da zədələnib.25 yaşlı forvard İspaniya millisinin məşqi zamanı ayağından xəsarət alıb. Bu səbəbdən o, komandanın dünənki məşqini buraxmalı olub. Doğrudu, sabiq “Real”ının bugünkü məşqdə və sabah Kosta Rika ilə keçiriləcək yoldaşlıq görüşündə iştirakı gözlənilir. Lakin bu amil “zadəganlar”ın baş məşqçisi Antonio Konteni ciddi narahat edir.

İtaliyalı mütəxəssis aparıcı hücumçusunun yığmada oynamasına qarşıdı. Millinin toplanışından sonra “Vest Bromviç” və “Qarabağ”la oyunlara problemsiz hazırlaşmaq istəyən Konte Moratanın yığmada zədəsinin təzələnməsindən qorxur.Futbolçu özü də zədəsi ilə bağlı fikirlərini bildirib. O, ciddi problemin olmadığını söyləyib: “Yığmaya gələndə ayağımda yüngül ağrı var idi. Dünən isə top uğrunda mübarizə zamanı yenidən xəsarət aldım. Ayağımda ağrılar var. Ancaq vəziyyətin yavaş-yavaş düzəldiyini hiss edirəm”.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasının V turu çərçivəsində noyabrın 22-də “Qarabağ”ın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right