"Beşiktaş"dan səs-küylü transfer xəbəri

“Ağ-qaralar” Məsut Özilin transferi üçün artıq hərəkətə keçib. 

Newsport.az xəbər verir ki, klubun prezidenti Fikret Orman komandanı gəncləşdirmək siyasəti yeridərkən, heyətdə daha perspektivli oyunçularada yer vermək niyyətindədir.Bunun üçün ilk addımları atmağa başlayan “qara qartallar”ın isə əsas hədəflərindən biri Mesut Özildir.

Mövsümün axırı “Arsenal”la müqaviləsi bitəcək olan ulduz futbolçunun keçidi üçün artıq “Beşiktaş”ın idarə heyəti danışıqlara başlayıb. Mesutun  meniceri ilə görüşən klub rəsmiləri 29 yaşlı oyunçunu transfer etmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, türk əsilli alman futbolçu 2013-cü ildən bəri “Arsenal”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right