"Atletiko"dan "Mançester Yunayted"ə təklif

"Mançester Yunayted"in futbolçusu Ander Errera İspaniyaya qayıda bilər.

Newsport.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, İspaniya millisinin üzvü üçün "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində rəqibi olan "Atletiko" təklif göndərib.

28 yaşlı yarımmüdafiəçinin "MY"la müqaviləsi mövsümün sonunda başa çatacaq. Premyer Liqa klubu hələ ki, ona yeni müqavilə təklif etməyib. Britaniya mətbuatı Erreranın "Atletiko"ya keçməyə razı olduğunu yazıb.

Qeyd edək ki, Errera 2014-cü ildən "MY"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right