Xavi futboldan gedəcəyi vaxtı açıqladı

“Barselona”nın sabiq ulduzu Xavi Hernandes karyerasına son qoyacağı tarixi açıqlayıb.

Newsport.az-ın məlumatına görə, hazırda Qətərin “Əl-Səəd” klubunda çıxış edən yarımmüdafiəçi mövsüm sonunda karyerasına son qoyacaq:

“Karyeram boyunca ciddi zədə almadığıma görə şanslıyam. Amma keçmişə görə özümü çox yorğun hiss edirəm və oyunlardan sonra bərpa müddətim olduqca çətin keçir. Dolayı yolla karyeramın son mövsümü olduğunu deyə bilərəm”.

O, gələcəkdə məşqçi olmağı düşündüyünü və bunun üçün də kurslara qatılacağını deyib.

Qeyd edək ki, Xavi uzun illər formasını geyindiyi “Barselona” ilə 8 La Liqa, 4 Çempionlar Liqası, 3 dəfə İspaniya kuboku, İspaniya millisi ilə isə 1 dəfə dünya 2 dəfə Avropa çempionu olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right