İtaliya yığması hücumçusunu itirdi

İtaliya millisi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, “skuadra adzurra” Simone Zazanı itirib.

“Valensiya”nın hücumçusu zədə səbəbindən bu gün İsveçlə keçiriləcək DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının pley-off matçını buraxacaq. Məşqdə sıradan çıxan 26 yaşlı hücumçunun skandinavlarla ilk oyunda forma geyinməyəcəyi dəqiqdi.

Qeyd edək ki, İsveç - İtaliya matçı bu gün saat 23:45-də başlayacaq. Bu komandalar arasında cavab oyunu noyabrın 14-də Milanda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right