"Qarabağı"ın rəqibi hərəkətə keçib

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Çelsi” Frenk Lempardı kluba qaytarmaq istəyir. Bunun üçün artıq klub nümayəndələri hərəkətə keçiblər.

Newsport.az xəbər verir ki, londonluların əfsanəsi hesab olunan Lemparda Maykl Emenalodan boşalmış texniki direktor postu təklif edilib.Keçmiş futbolçu özü klubda işləməyin əleyhinə olmasa da, bir qədər ehtiyatlı danışıb: “Mən Mayklla 7-8 il birlikdə işləmişəm. Onun klubdakı iş vaxtı komandanın ən uğurlu dövrünə təsadüf edib. Mən hələ çox şey öyrənməliyəm. Çünki 20 il yüksək səviyyədə futbol oynamaq yaxşı menecer olmaq üçün kifayət deyil. Bir çox məşqçilərlə işləmişəm, ona görə də kimdən nə öyrəndiyimi göstərmək istəyirəm. Gənc oyunçularla işləmək də arzularımdan biridir”.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin V turunda “Çelsi” Bakıda “Qarabağ”la qarşılaşacaq.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right